Tacikistan və Qırğızıstanın Milli Təhlükəsizlik üzrə Dövlət komitələrinin sədri Saymumin Yatimov və Kamçıbek Taşiyev arasında görüş keçirilib.

TASS xəbər verir ki, Görüşün sonunda tərəflər hərbi qüvvələrin sərhəddən çıxarılması barədə razılığa gəliblər.

Bu barədə Tacikistanın Suqd vilayəti sədrinin mətbuat xidməti məlumat yayıb: “Hər iki ölkənin Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin imzaladığı protokola əsasən, əlavə hərbi qüvvələr və hərbi texnika daimi dislokasiya yerlərinə qaytarılacaq və sakinlərin təhlükəsizliyi təmin ediləcək”.

Xatırladaq ki, sentyabrın 14-dən iki ölkə sərhədində toqquşma başlayıb. Hər iki tərəfdən ümumilikdə 300-dən çox ölən, 1000-ə yaxın yaralanan olub.