Qazaxıstan paytaxtının adı Nur-Sulatn adından yenidən Astana adına dəyişdirilib.
Mia.az xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev müvafiq konstitusiya dəyişikliyini təsdiqləyib.
Prezident eyni zamanda, ölkə prezidentinin səlahiyyətlərinin 5 ildən 7 ilə artırılma qərarını da təsdiq edib.
Xatırladaq ki, Qazaxıstanın paytaxtı 1997-ci ilə qədər Almatı şəhəri olub. 1998-ci ildə isə paytaxtın adı dəyişdirilib və Astana adlanıb.
Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin istefasından sonra 2019-cu ildə Kasım-Jomart Tokayevin təşəbbüsü ilə paytaxtın adı Nur-Sultana dəyişdirilmişdi. İndisə tarix geriyə oxunub.