Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu başa çatıb.
Mia.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 20:45-də start götürüb.
Oyunda ilk hissə başa çatıb - 0:0.
İkinci hissənin 59-cu dəqiqəsində "Qarabağ" hesabı açıb - 1:0
65-ci dəqiqədə "Qarabağ" ikinci qolu vurub.
Zubirin gözəl qolu ilə komandamız fərqi artırıb - 2:0
72-ci dəqiqədə komandamız daha bir qola imza atıb - 3:0
Oyun bu hesabla başa çatıb.
Bu oyundan sonra "Qarabağ" "Nant"la xal sayını bərabərləşdirərək, qrupda 2-ci pilləni bölüşür.
"Freyburq" isə 6 xalla birinci yerdədir.
Xatırladaq ki, G qrupunun digər matçında "Olimpiakos" "Frayburq"u qəbul edir və almanlar 3-0 qalib gəlib
Xatırladaq ki, "Nant" ilk turda Yunanıstan "Olimpiakos"u, "Freyburq" isə "Qarabağ"ı məğlub edib - 2:1.
"Qarabağ" isə Almaniyada "Frayburq"a eyni hesabla uduzub.