Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin Xarkov vilayətinin işğaldan yenicə azad olunmuş İzyum şəhərinə gedib.
Ukrayna mətbuatı xəbər verir ki, dövlət başçısını müdafiə nazirinin müavini Anna Malyar müşayiət edib.
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətinin İzyum şəhəri sentyabrın 11-də işğaldan azad edib.