Bakıda "Qarabağ" və Fransanın "Nant" komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyununda bir dəqiqəlik sükut ola bilər.

Mİa.az xəbər verir ki, bu barədə "Qarabağ"ın baş mşqçisi Qurban Qurbanov oyunla bağlı keçirilən mətbuat konfransında açıqlama verib.

O bildirib ki, Azərbaycan-Ermənistan sərhəddində dünyasını dəyişən şəhidlərə görə matçın sükutla başlaması üçün klub tərəfindən UEFA-ya müraciət olunub: "Nə qərar verəcəklərini sabah bizə bildirəcəklər".