Xarkov vilayətində 300 yaşayış məntəqəsi işğaldan azad edilib.

Bu barədə Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib.

Onun sözlərinə görə, azad edilən ərazilərin sahəsi 3800 kvadrat kilometrdir: "Əməliyyat davam edir. Məqsədimiz isə Xarkovun tam azad edilməsidir".

Nazir müavini vurğulayıb ki, Xarkov vilayətinin işğalda olan digəri əraziləri də mümkün qədər tez bir müddət ərzində azad ediləcək/Report.