"NATO uzunmüddətli perspektivdə Ukraynaya kömək edəcək".

TASS xəbər verir ki, bunu NATO Baş katibi Yens Stoltenberq deyib.

"Biz Ukraynanı dəstəkləyəcəyik. Rəsmi Kiyevin sovet silahları əvəzinə, standartlarımıza uyğun olan silahlarla təmin olunmasına kömək göstərəcəyik", - o bildirib.

Y.Stoltenberqin sözlərinə görə, Ukrayna mübarizə aparmaqdan imtina edərsə, bu, onun mövcudluğu üçün təhlükə ilə nəticələnə bilər/Report.