İraq Ordusunun Komandanlığı bütün ölkə ərazisində komendant saatını ləğv edib.
Mia.az NTV-yə istinadla xəbər verir ki, artıq paytaxtda nisbi sakitlik yaranıb.
Xatırladaq ki, dünən İraqdakı Sədr hərəkatının lideri Müqtəda əs-Sədr siyasətdən getdiyini açıqladıqdan sonra ölkədə qarşıdurma yaranıb. Onun tərəfdarları küçələrə çıxaraq, dövlət binalarını zəzbt ediblər. Toqquşmalarda 30 nəfər ölüb, 400-dən çox yaralanan olub.