Türkiyənin Ermənistanla normallaşma prosesi üzrə xüsusi nümayəndəsi Serdar Kılıç İrəvanda baş verən partlayışla bağlı başsağlığı verib.
Mia.az APA-ya istinadla xəbər verir ki, diplomat bununla bağlı öz “Twitter“ səhifəsində paylaşım edib.
“Ölənlərin ailələrinə səmimi başsağlığımı çatdırıram və faciə nəticəsində xəsarət alanlara tezliklə sağalmalarını arzu edirəm”, - o yazıb.
Xatırladaq ki, “Surmalu” ticarət mərkəzindəki partlayış zamanı azı 6 nəfər ölüb, 16 nəfər itkin düşüb və 61 nəfər yaralanıb.