Gürcüstanın xarici işlər naziri İlya Darçiaşvili iyulun 28-də Türkiyəyə səfər edəcək.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfər çərçivəsində Türkiyə və Gürcüstan arasında ikitərəfli münasibətlər müzakirə olunacaq, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi də aparılacaq.