Yunanıstan, Danimarka, Slovakiya, Sloveniya və Xorvatiya Rusiyaya dost olmayan dövlətlər siyahısına daxil edilib.

Mia.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu qərar həmin ölkələrin Rusiyanın xaricdəki diplomatik və konsulluq nümayəndəliklərinə qarşı qeyri-dost addımlar atmasına görə qəbul olunub.