Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefonda mövcuz vəziyyətlə bağlı müzakirə aparıb.

Mia.az xəbər verir ki, Mişel bu barədə tviter-də paylaşım edib: “Ukraynanı dəstəkləməyə ehtiyac var. Rusiyaya qarşı yeni sanksiyalar hazırlanır. Bu, bizim qətiyyətli mövqeyimizdən geri çəkilmədiyimizi göstərir”.