“Azərbaycan torpaqlarını işğaldan azad etdikdən sonra hər şey bitmiş deyil. Buranı sülh bölgəsinə çevirmək üçün fəaliyyətimiz davam edir”.

Bu fikirləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Bingöldə bildirib.

M.Çavuşoğlu Rusiya-Ukrayna müharibəsinin yaratdığı probemlərdən də danışıb: "Dünyada enerji və qida sahələrində qıtlıq var. Latın Amerikasında istehlak böhranı yaranıb. "Niyə Ukraynada müharibənin uzanmasını istəyirsiniz?”, - deyə soruşanda məqsədlərinin Rusiyanın zəifləməsi olduğunu söyləyirlər”.