İsrailin baş naziri Binyamin Netanyahu qəfil qərarla nazirlərlə təcili toplantı keçirib..
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, toplantıda ölkənin təhlükəsizliyilə bağlı məsləhətləşmə aparılıb.
İsrail mediası yazır ki, toplantı qərarə gözlənilməz olub: "Bu səbəbdən hətta strateji işlər naziri Ron Dermerin İsraildə səfərdə olan Fransa xarici işlər naziri Jan-Noel Barrot ilə planlanan görüşü dəqiqələr qalmış təxirə salınıb".
Xəbərdə İsrailin İrana qarşı mümkün cavab tədbirlərinin də müzakirə edildiyi bildirilib.
Lamiyə Əhmədli
MİA.AZ