“Rusiyanın Suriyada iki önəmli bazası var".
Mia.az xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Anadolu”ya müsahibəsində deyib.
O bildrib ki, kəşfiyyat məlumatlarına əsasən, Rusiya qüvvələrinin bir qismi Suriya-İordaniya sərhədindən geri çəkilib: "Onlar ölkənin içinə doğru geri çəkilib. Bu, Ukraynadakı müharibədən dolayı da ola bilər, lakin say baxımdan çox ciddi dəyişiklik müşahidə etmirik”.