Türkiyə “Bayraktar”ı Litvaya pulsuz verəcək.
Mia.az xəbər verir ki, bu barədə Litvanın müdafiə naziri Arvidas Anuşauskas “Twitter“də paylaşım edib:
“Bu, inanılmazdır, Türkiyə Litvanın almaq üçün pul yığdığı “Bayraktar”ı pulsuz verməyə razılaşıb. Bu heyranediricidir! Toplanan pula "Bayraktar" üçün lazım olan sursat alacağıq, qalan pul da Ukraynanın dəstəyinə gedəcək. Təşəkkürlər, Türkiyə!”.