Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və texnikanın sayı məlum olub.
Mia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın indiyədək 30150 hərbçisi öldürülüb: "Rusiyanın bu günədək 1338 ədəd tankı, 3270 ədəd zirehli döyüş maşını, 631 ədəd artilleriya sistemi, 203 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 93 hava hücumundan müdafiə sistemi, 207 ədəd hərbi təyyarə, 174 ədəd helikopter, 116 qanadlı raket, 2 213 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi/kateri və 48 ədəd xüsusi texnikası məhv edilib".