"Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp Alyaskada keçirəcəkləri görüşdə Ukrayna ilə yanaşı, beynəlxalq və regional məsələləri, o cümlədən ikitərəfli münasibətləri müzakirə edəcəklər".

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Putinin xarici siyasət üzrə müşaviri Yuri Uşakov Moskvada jurnalistlərə açıqlama verib.

O, sabah Putin və Trampın Alyaskanın Ankoric şəhərində keçirəcəyi görüşün detallarını açıqlayıb. Deyib ki, görüşə hazırlıq son mərhələyə çatıb: "Artıq çoxsaylı texniki məsələlər həll olunub. Görüş Moskva vaxtilə saat 22.30-da Ankoricdəki Elmendorf-Riçardson aviabazasında keçiriləcək. Bilirsiniz, burada, yəni, bazanın yaxınlığında sovet əsgərlərinin məzarları var. Bu da məkanın simvolik əhəmiyyətini artırır".

Uşakov bildirib ki, görüşə sonradan hər iki ölkənin nümayəndə heyətləri dəq atılacaq: "Danışıqlar işçi səhər yeməyi ilə davam edəcək".

Uşakov əlavə edib ki, Rusiya nümayəndə heyətinə xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Andrey Belousov, maliyyə naziri Anton Siluanov, özü və Putinin beynəlxalq iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kiril Dmitriyev daxildir: "Amerika nümayəndə heyətinin tərkibi də müəyyənləşib".

Uşakov qeyd edib ki, görüşün əsas mövzusu Ukrayna böhranının həlli olacaq: "Təbii ki, sülh və təhlükəsizliyin təmin edilməsi ilə bağlı geniş spektrli məsələlər, o cümlədən mühüm beynəlxalq və regional problemlər də müzakirə ediləcək. Həmçinin, ikitərəfli əməkdaşlığın, o cümlədən ticarət və iqtisadiyyat sahələrində əməkdaşlığın inkişafı ilə bağlı fikir mübadiləsi aparılacağı gözlənilir. İkitərəfli münasibətlərdə böyük və təəssüf ki, istifadə olunmamış potensial var. Putin və Tramp görüşdən sonra birgə mətbuat konfransı keçirəcək və əldə olunan nəticələri açıqlayacaqlar".

F.ƏHMƏD
MİA.AZ