Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində ilk dəfə "Müstəqillik günü" və "Haqqın qələbəsi"nə həsr edilmiş hərbi parad keçirilib.

Mia.az Müdafiə Nazirliyinə istinadla bildirir ki, paradı Pakistanın siyasi və hərbi rəhbərliyi ilə yanaşı, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, ölkəmizin Pakistan İslam Respublikasındakı səfirliyi və hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər rəsmi qonaqlar izləyiblər.

Müxtəlif ölkələrin silahlı qüvvələrinin nümayəndələrinin iştirak etdiyi hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.

***

Azərbaycan hərbçiləri Pakistanın paytaxtı İslamabadda ilk dəfə keçirilən “Müstəqillik günü” və “Haqqın qələbəsi”nə həsr edilmiş hərbi paradda iştirak ediblər.

Mia.az qafqazinfo-ya istinadla xəbər verir ki, hərbçilərimizin paradda keçidi maraqlı anlarla yadda qalıb.

Belə ki, keçid zamanı tədbirin şərhçiləri komandolarımızı “Pakistana xoş gəlmisiniz” və “Yaşasın Pakistan-Azərbaycan birliyi və qardaşlığı” şüarları ilə salamlayıb. 

Hərbçilərimizin ana dilimizdə qarşılanması anının görüntüləri sosial şəbəkələrdə maraqla qarşılanıb. 

Həmin görüntüləri təqdim edirik: