Böyük Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp Bərdə şəhərinə səfər edib.

Mia.az xəbər verir ki, bu barədə diplomat tviterdə yazıb: “Bərdə Qadın Resurs Mərkəzinin rəsmi açılışını etdik. Resurs Mərkəzi qadınların cəmiyyətin sosial və iqtisadi həyatında fəal iştirakını dəstəkləyərək onlara bərabər imkanların yaradılması üçün bir sıra təlimlər təklif edir”.