Azərbaycan II Liqasında çıxış edən "Hövsan" klubu çempionatından kənarlaşdırılıb.

Mia.az AFFA-ya istinadla xəbər verir ki, buna komandanın üzrlü səbəb olmadan üçüncü dəfə oyuna gəlməməsi səbəb olub.

Klub bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində qərardan apellyasiya vermək hüququna malikdir.