“Qarabağ” klubu baş məşqçi Qurban Qurbanovla müqavilənin müddətini uzadıb.
Mia.az xəbər verir ki, yeni anlaşmaya əsasən, Qurban Qurbanov daha 3 il komandamızın baş məşqçisi olacaq.
Xatırladaq ki, Qurban Qurbanov 2008-ci idən komandamızı çalışdırır.
“Qarabağ” FK bu müddət ərzində 8 dəfə Azərbaycan çempionu olub, 4 dəfə ölkə kubokunu qazanıb, 8 dəfə isə UEFA-nın klub turnirlərinin qrup mərhələsinə yüksəlib.