"Zirə" və "Neftçi" komandaları arasında keçirilən Azərbaycan Premyer Liqasının XXVII tur oyununda insident yaşanıb.

Məlumata görə, görüşün 18-ci dəqiqəsində oyunçular arasında münaqişə yaşanıb.

Top "ağ-qaralar"ın futbolçusu Azər Salahlının əlinə dəydikdən sonra baş hakim Rauf Cabarov cərimə zərbəsi təyin edib. Meydan sahibinin oyunçuları və məşqçilər heyəti Salahlıya ikinci sarı vərəqənin verilməsini tələb ediblər.

"Zirə" futbolçuları cərimə zərbəsini tez yerinə yetirmək istəsə də, rəqibin heyətində Yusuf Laval buna mane olub. Ardınca meydan sahiblərindən Loris Bronyo ilə Laval arasında mübahisə yaranıb. Hadisələrə digər futbolçular da qarışıb, Laval isə rəqib oyunçu Dmiotrios Çantakiasası itələyib.

Ardınca referi "Zirə"nin baş məşqçisi Rəşad Sadıqova və Lavala sarı vərəqə göstərib.

Qeyd edək ki, qarşılaşmada hesab açılmayıb/Report.