Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili həbsxanadan Tbilisidəki “Vivamedi” özəl klinikasına köçürülməsinə razılıq verib.

Bu barədə Vahid Milli hərəkat Partiyasının üzvü Koba Nakopia jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, M.Saakaşvili yaxın günlərdə müayinə üçün xəstəxanaya köçürüləcək. Müxalifətçi qeyd edib ki, siyasətçiyə müalicə deyil, yalnız müayinədən keçmək təklif edilib/Report.