“Azovstal metallurgiya zavodunda 1000-dən çox ukraynalı əsgər var”.
“RBK Ukraina” xəbər verir ki, bunu Ukrayna Baş nazirinin müavini, reinteqrasiya naziri İrina Vereşuk deyib.
“Onlar nəhəng metallurgiya kompleksinin yeraltı tunellərində qalırlar. Hərbçilərin 100-ə yaxını yaralıdır. Ağır yaralıları təcili təxliyə etmək lazımdır”, - o söyləyib.
Qeyd edək ki, daha əvvəl “Azovstal”da 100 nəfərə yaxın mülki şəxsin olduğu bildirilmişdi.
Xatırladaq ki, işğalçıların Mariupolda təşkil etdiyi Qələbə Günü paradı fonunda "Azovstal" yaxınlığında döyüşlər davam edir.