Türkiyədə qapalı məkanlarda maskadan məcburi istifadə tələbi ləğv edilib.

Mia.az TRT-yə istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Koronavirus üzrə Elmi Şuranın toplantısında deyib.

O bildirib ki, maskalardan yalnız ictimai nəqliyyat vasitələrində və səhiyyə müəssisələrində yoluxma hallarının sayı 1000-dən aşağı düşənə qədər davam edəcək.