“Ukraynadakı müharibə yeni mərhələyə qədəm qoyub”.
“Ukrinform” xəbər verir ki, bunu ABŞ-ın müdafiə naziri Lloyd Ostin NATO-nun Almaniyanın Ramşteyn aviabazasında keçirilən iclasında deyib.
“Tərəflər Ukraynanı müdafiə etməlidirlər. Biz Ukraynanın qalib gələcəyinə inanırıq”, - Pentaqon rəhbəri vurğulayıb/Report.
Qeyd edək ki, ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri general Mark Millinin sözlərinə görə, toplantının əsas məqsədi Kiyevə hərbi yardımın koordinasiyasıdır.
Mia.az