Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün turun son iki oyununda "Neftçi" səfərdə "Səbail"lə, "Zirə" isə "Sumqayıt"la qarşılaşıb.
Mia.az xəbər verir kiŞ hər iki görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticələrdən sonra xallarını 47-yə çatdıran Samir Abasovun baş məşqçi olduğu komanda həm 2-ci pillədəki mövqeyini möhkəmlədib, həm də sona 4 tur qalmış avrokuboklara vəsiqəni təmin edib. "Dənizçilər" 14 xalla sonuncu - 8-ci sırada qalıb.
Onu da qeyd edək ki, "Neftçi" bu oyundan sonra mövsümünün başa çatmasına 4 tur qalmış avrokuboklara vəsiqəni təmin edib.