AFFA “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev cəzalandırıb.
Mia.az xəbər verir ki, AFFA-nın İntizam Komitəsinin qərarına əsasən, “Sumqayıt”la matçda (1:1) 90+3-cü dəqiqəsində “Qəbələ” klubunun baş məşqçisi Elmar Baxşıyev hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 4 oyun şərti olmaqla, 5 oyun cəzalanıb.
Klubu isə 4000 manat cərimə olunub. Sınaq müddəti 3 ay təyin edilib.