ABŞ Prezidenti Cozef Bayden dünya liderləri ilə Ukraynadakı vəziyyətlə bağlı videokonfrans çərçivəısində müzakirə aparır.

Bu barədə "Bloomberg News" məlumat yayıb.

Videokonfransa Almaniya, Böyük Britaniya, Fransa, İtaliya, Yaponiya, Polşa, Kanada liderləri, Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen, NATO-nun baş katibi Yens Stoltenberq, Avropa İttifaqının Prezidenti Şarl Mişel qoşulub.

Mia.az-ın məlumatına görə, müzakirələr zamanı NATO baş katibi Yens Stoltenberq deyib ki, Rusiya Ukraynaya qarşı müharibəni dayandırana qədər dünya sanksiyaları sərtləşdirəcək: "Bununla yanaşı, NATO üzv ölkələri qorumaq və müdafiə etmək üçün lazım olan hər şeyi edəcək. Paralel olaraq,  Ukraynaya gələcək hərbi, iqtisadi və humanitar yardımların göstərilməsi üzrə səylər artırılacaq".

Böyük Britaniyanın Baş naziri Boris Conson isə deyiib ki, Rusiyanın növbəti müharibəyə cəsarət etməməsi üçün Ukrayna kifayət qədər silahlanmalıdır: "Ukrayna yeni silahlarla təmin olunmalıdır, onların buna çox ehtiyacı var".

Avropa İttifaqının Prezidenti Şarl Mişel və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen dünya liderlərinin qapalı videokonfransı zamanı isə deyiblər ki, Ukraynanın bərpası üçün fond yaradacaq və Rusiyaya qarşı sanksiyaları sərtləşdiriləcək.

***

ABŞ Prezidenti Co Bayden bu gün bir sıra Avropa liderləri, o cümlədən Kanada prezidenti ilə görüşəcək.

Liderlər Rusiyanın başlatdığı müharibənin növbəti fazasını müzakirə edəcəklər.

Qeyd olunur ki, ABŞ Prezidenti Fransa, Almaniya, Böyük Britaniya, Kanada, İtaliya, Polşa və Rumıniya prezidentləri ilə müzakirə aparacaq.

Görüşdə həmçinin NATO Baş katibi Yens Stoltenberq, Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Aİ Şurasının prezidenti Şarl Mişel də iştirak edəcək.