Azərbaycan Xarici İşlər Nazirliyi Pakistanda baş verən daşqınlarda 250-yə yaxın insan itkisiylə bağlı rəsmi İslamabada başsağlığı verib.

Mia.az xəbər verir ki, başsağlığında deyilir: "Pakistanın şimal hissəsində baş verən daşqınların səbəb olduğu faciəvi insan itkiləri və dağıntılar bizi dərindən kədərləndirir. Dualarımız qurbanlar və onların ailələri ilədir. Azərbaycan bu çətin zamanda qardaş Pakistan xalqı və hökuməti ilə həmrəydir".