Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi Pənçə-Kilit əməliyyatı bölgəsində daha bir türk hərbçi şəhid olub.

Mia.az xəbər verir ki, məlumatı Türkiyənin Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, Kaan Kanlıkuyu terrorçuların raket hücumu nəticəsində şəhid olub: “Bölgədə antiterror əməliyyatları davam edir”.