Bu gün ABŞ-ın Alyaska ştatında Rusiya ideri Vladimir Putinlə ABŞ lideri Donald Tramp 6 il sonra bir araya gəliblər.

Mia.az xəbər verir ki, hər ikii lider  Ankoricdəki hərbi bazada eyni vaxtda təyyarələrindən ensələr də, Tramp görüş yerinə ilk açtıb.

Putin ona yaxınlaşaraq mərkızi nöqtədə mehriban salamlaşıblar.

Daha sonra onlar eyni avtomobilə oturaraq görüşün keçiriləcəyi məkana  gediblər...

Məlumata görə, hər iki tərəfdən üç nəfərin iştirak etdiyi görüşə ABŞ Dövlət katibi Marko Rubio, Prezidentin xüsusi nümayəndəsi Stiven Uitkoff, Rusiya tərəfindən isə prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov da qatılıblar.

Maraqlı burasıdır ki, görüşdən əvvəl  jurnalistlər Putinə suallar verməyə cəhd ediblər.

Bu zaman qarmaqarışıqlıq düşüb. Hətta  Putin pərt halda qəribə jestlərlə nəsə deməyə çalışır, lakin anlaşılımır (həmin anlar aşağıda videoda).

Daha sonra jurnalistlər otaqdan çıxaırlıb.

Bəzi iddialara görə, görüş 7-8 saat sürə bilər.

F.ƏHMƏD

MİA.AZ