“Rusiyanın mülki şəxsləri hədəf alması sülh danışıqlarına mane olur”.
Bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalın “Finansial Taym” nəşrinə müsahibəsində deyib.
O bildirib ki, Buça və digər yerlərdən yayılan kadrlar müzakirələrin əvvəlki kimi davam etməsini, əlbəttə, çətinləşdirir: "Hər birimiz kimi, ukraynalılar da məyus olublar... Bunlar, həqiqətən, insanlığa sığmayan hərəkətdir. Bu hərəkətləri kim törədibsə, mütləq cavab verməlidir”.