Ukrayna təlim adı altında sərhədlərinə əsgər, texnika, tank, artilleriya və hava hücumundan müdafiə sistemləri yığan Belarusu çox açıq şəkildə müharibə ilə hədələyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ukrayna Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda Belarus rəhbərliyinə açıq şəkildə xəbərdarlıq və çağırış olunub: "Biz xəbərdarlıq edirik ki, sərhəd pozulacağı təqdirdə, Ukrayna özünü müdafiə etmək üçün bütün lazımi tədbirləri görəcək. Bildiririk ki, Belarusdakı bütün hərbi birləşmələr, obyektlər və təchizat marşrutları Ukrayna silahlı qüvvələrinin qanuni hədəfinə çevriləcək".
Ukrayna Xarici İşlər Nazirliyi rəsmik Moskvanın təzyiqi ilə təlim adı altında sərhədə əsgər və texnika topladığını bir daha xatırladıb və bildirilib ki, həmin əsgərlərin arasında Vaqner muzdlu döyüşçüləri də var: "Belarus silahlı qüvvələri Ukraynanın şimal sərhədinə yaxın Qomel bölgəsində əsgər, texnika, tank, artilleriya və hava hücumundan müdafiə sistemləri adı altında toplayıb. Bu bölgədə Rusiyanın “Vaqner” muzdluları da aşkarlanıb Dövlət sərhədi və Çernobıl Atom Elektrik Stansiyasına yaxın ərazidə təlimlərin keçirilməsi Ukraynanın milli təhlükəsizliyinə və qlobal miqyasda təhdid yaradır.
Belarus rəhbərliyini Moskvanın təzyiqi altında ölkələri üçiü tragik xətalar etməməyə, silahlı qüvvələrini düşməncə davranışları dayandırmağa və ordu birliklərini Ukrayna dövlət sərhədindən Belarusdakı mövcud atəş sistemlərinin mənzilini aşan bir məsafəyə çəkməyə çağırırıq".
Samir MUSAYEV
MİA.AZ