Hazırda Mariupol, Luqansk və Xarkov vilayətində ağır döüşlər gedir.

Mia.az xəbər verir ki, bunu Ukrayna Prezidentinin Ofis rəhbərinin müşaviri Aleksey Arestoviç keçirdiyi brifinqdə deyib.

O bildirib ki, Rusiya Luqanskinin Rubejnoe, Popasna və Severodonetsk bölgəsi ilə yanaşı, Xarkov vilayətinin İzyum şəhəri istiqamətində Slavyansk və Kramatorsk şəhərlərinə doğru irəliləməyə cəhd edir: "Onlar bu ərazilərdə Ukrayna qüvvələrini mühasirəyə almağa çalışırlar".