Belarus qüvvələri Ukrayna ərazisində əməliyyat keçirib.
Mia.az xəbər verir ki, bu məlumatı Belarus Prezidenti Aleksandr Lukaşenko açıqlayıb.
O bildirib ki, xüsusi əməliyyat Belarus vətəndaşlarını azad etmək məqsədilə aparılıb: “Ukraynalıları xəbərdarlıq etdim ki, adamlarımızın azadlığı üçün xüsusi əməliyyat keçirməli olacağıq. Biz bu əməliyyatı keçirdik və adamlarımızı azad etdik”.