Azərbaycan Demokratiya və Rifah Hərəkatı (ADR) bundan sonra siyasi partiya kimi fəaliyyət göstərəcək.

Mia.az xəbər verir ki, bu barədə hərəkatın rəhbəri Qubad İbadoğlu sosial şəbəkə hesabında açıqlama yayıb. 

O bildirib ki, oktyabrın 17-si 88 nəfər qurultay nümayəndəsindən 82-sinin iştirakı ilə ADR Partiyasının təsis qurultayı keçirilib: "Qurultay partiyanı təsis etdi, Nizamnamə və Proqramını qəbul etdi, sədrini, MNTK üzvlərini seçdi, Ali Məclisini formalaşdırdı, rəhbər orqanlara seçkini başa çatdırmaq üçün Ali Məclisə səlahiyyət verdi.

Mən növbəti 4 il üçün partiyanın sədri seçildim. Bu məsuliyyətli və şərəfli işi uğurla davam etdirmək üçün sizdən daim dəstək gözləyirəm. İnanıram ki, mübarizəmiz qələbə ilə başa çatacaq, Azərbaycana demokratiya və azadlıqlar gətirəcək, əhalinin maddi rifahının və təhlükəsizliyinin yüksəlməsinə nail olacaq".