Pakistanın təşəbbüsü ilə Əfqanıstana qonşu ölkələrin xarici işlər nazirlərinin video-formatda görüşü keçirilib.

Məlumatı Pakistanın Xarici İşlər Nazirliyi yayıb.

Bildirilib ki, Pakistan, Türkmənistan, Özbəkistan, İran, Tacikistan və Çinin xarici siyasət idarələrinin rəhbərləri Əfqanıstandakı son vəziyyəti müzakirə ediblər, bölgənin sabitliyi və rifahının qorunması üçün imkanları nəzərdən keçiriblər./Report