"Taliban" Əfqanıstanın müvəqqəti hökumətinin tərkibini elan edib.

TASS xəbər verir ki, Molla Məhəmməd Həsən Axund Əfqanıstanın baş naziri vəzifəsini icra edəcək.

Nazirlər Kabinetinin rəhbərinin müavini Molla Əbdül Qani Baradari təyin edilib.

Yeni hökumətdə müdafiə naziri Məhəmməd Yaqub Mücahid olacaq/Report.