“Taliban” qruplaşması ölkədə formalaşacaq yeni hökumətə kimin rəhbərlik edəcəyini açıqlayıb.
TASS xəbər verir ki, bu barədə qruplaşmanın nümayəndələri məlumat veriblər.
“Yeni hökumətə Molla Bəradər başçılıq edəcək”, - "Taliban"dan bildirilib.
Bildirilib ki, Molla Abdul Qani Bəradərlə yanaşı, yeni administrasiyada Molla Yaqub və Məhəmməd Abbas Stanekzay da təmsil olunacaqlar.