Rusiya Prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov ölkəsinin Əfqanıstandakı diplomatlarının təhlükəsizliyi barədə danışıb.
“Taliban” Kabildəki rusiyalı diplomatların təhlükəsizliyinə zəmanət verib”, - o qeyd edib.
Onun sözlərinə görə, Əfqanıstandakı vəziyyət barədə məlumatlar Vladimir Putinə gün ərzində mütəmadi çatdırılır.
Qeyd edək ki, “Taliban” qruplaşması Əfqanıstanda hakimiyyəti ələ keçirib/Report.