Türkiyədə daha 4 PKK terrorçusu zərərsizləşdirib.

Mia.az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Eren-13” əməliyyatları çərçivəsində Şırnak şəhərinin Beytüşşebap rayonunda jandarm qüvvələri tərəfindən əməliyyat təşkil olunub.

Bölgədə əməliyyatların davam etdirildiyi vurğulanıb.