Türkiyə ordusu İraqın şimalında 4 terrorçunu məhv edib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin tviter səhifəsində məlumat verilib.

Bildirilib ki, İraqın şimalındakı “Pençe Şimşek” əməliyyatlarının keçirildiyi bölgədə müəyyən edilmiş 4 PKK terrorçusu və onların təminat vasitələri məhv edilib.

Tədbirlərin davam etdiriləcəyi xüsusi vurğulanıb.