Türkiyə Milli Müdafiə Nazirliyi və Milli Kəşfiyyat Təşkilatı (MİT) İraqın şimalında 20-dən çox təyyarənin iştirakı ilə birgə əməliyyat keçirib.
Mia.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, əməliyyat 200 kilometr dərinlikdəki Asos bölgəsində gerçəkləşdirilib. MİT-lə kordinasiyalı şəkildə həyata keçirilən əməliyyat zamanı havadan zərbələrlə terrorçulara aid sığınacaq, silah-sursat anbarları, mağaralardan ibarət ümumilikdə 28 hədəf məhv edilib: “Millətimizin bağrından çıxan Türk Silahlı Qüvvələri tərəfindən ölkəmizin və millətimizin təhlükəsizliyi üçün terrorla mübarizəyə ən son terrorçu zərərsizləşdirilənə qədər davam ediləcəkdir".