“Əfqanıstan xalqı bizim müsəlman qardaşımızdır”.
Mia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Prezident bildirib ki, Əfqanıstan xalqı bizim müsəlman qardaşımızdır: "Onlara qapımızı bağlayası deyilik. Bu mövzuda ABŞ-la müzakirələr aparılır. Hazırda orada ölümdən uzaq bir addımın atılmış olması, məncə, Əfqanıstanın ən önəmli qazancıdır".
Ərdoğan qeyd edib ki, Əfqanıstandan Türkiyəyə 1,5 milyon qaçqının miqrasiyası barədə deyilənlər yalandır: "Hazırda məlumata görə, ölkəmizdə 300 min qeydiyyatsız Əfqanıstan qaçqını var. Əfqanıstanda bütün imkanlarımızla istər infrastruktur, istər digər məsələlərdə əlimizdən gələni etmişik. Çalışmalarımızı hazırda da davam etdiririk”.