ABŞ Prezidenti Co Bayden "Taliban" qruplaşmasının dəyişilməsi və 90-cı illərdəki ideoloji xəttinin yumşalmasına dair fikirlərə münasibət bildirib.
TASS xəbər verir ki, o, "Taliban"ın dəyişildiyinə inanmadığını bəyan edib.
"İnanmıram ki, "Taliban" dəyişilsin", - Bayden söyləyib/Report.
Bayden deyib ki, "Taliban" ekzistensial böhran keçirir: "Hazırda "Taliban" qruplaşması beynəlxalq birlik tərəfindən rəsmi hökumət kimi tanınmağın onlara lazım olub-olmadığı üzərində düşünür. Buna görə də qruplaşma ekzistensial böhran keçirir. Düşünmürəm ki, onlara tanınma lazımdır".
Mia.az