Pentaqon sözçüsü Con Kirbi bildirib ki, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması və təxliyəsini avqustun 31-dək başa çatdırmaq niyyətindədir, bu əməliyyatın vaxtı dəyişməyib.

Mia.az RİA Novosti-yə istinadən xəbər verir ki, o, missiyanın 31 avqusta qədər davam etdiyini vurğulayıb: "Bura ABŞ vətəndaşlarının və diplomatik personalın göndərilməsi də daxildir".