NATO-nun Baş katibi Yens Stoltenberq Əfqanıstandakı son vəziyyəti dəyərləndirib.

O, bu barədə keçirdiyi mətbuat konfransında danışıb.

“NATO-nun Əfqanıstandakı missiyasını doğru şəkildə nəzərdən keçirməliyik. Dərslər çıxarmaq lazımdır. Son həftələrdə həm Əfqanıstan ordusu, həm də siyasi mexanizm sürətlə çökdü. Bu qədər sürətli çöküş gözləmirdik. Bunu görmək məni kədərləndirir”, - Y.Stoltenberq bildirib/Report.