Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kalininqradda mətbuat konfransı keçirib.
“RİA Novosti” xəbər verir ki, o, “Talibanı” tanımaqdan danışmağın hələ tez olduğunu söyləyib: “İndi “Taliban”ı tanımaqdan danışmaq tezdir. Rusiya “Taliban”ı Əfqanıstan hakimiyyəti kimi tanımağa tələsmir, digər ölkələr kimi”.
Lavrov deyib ki, Rusiya Əfqanıstanda keçid hökumətinin formalaşacağına ümid edir: “Ümid edirik ki, “Taliban” və Əfqanıstanın siyasi qüvvələri arasındakı keçid hökuməti yaranacaq”.
XİN başçısı onu da əlavə edib ki, Qərb ölkələri Əfqanıstandakı hegemonluğunu itirib.
Mia.az